Bank Of Baku

"Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası"na dəyişiklik edilib

"Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası"na dəyişiklik edilib
# 02 may 2012 09:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabineti (NK) "Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası"na dəyişiklik edib. APA-nın NK-nın rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, qərar "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin 2011-ci il 16 fevral tarixli 384 saylı fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib. Qərara əsasən "Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası"nın 4.1-ci bəndində "götürülə bilər" sözləri "götürülür" sözü ilə əvəz edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR