Bank Of Baku

Əlilliyin müəyyən edilməsi üçün müraciətlərin qəbulu elektron qaydada aparılacaq

Əlilliyin müəyyən edilməsi üçün müraciətlərin qəbulu elektron qaydada aparılacaq
# 02 may 2012 10:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda əlilliyin müəyyən edilməsi üçün müraciətlərin qəbulu elektron qaydada aparılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” ölkə prezidentinin fərmanının icrası nəticəsində 11 növ elektron xidmət növünün tam tətbiqi istiqamətində müvafiq işlər aparılır.

Mayın 1-də müvafiq strukturların rəhbər şəxslərinin iştirakı ilə nazirlikdə əhaliyə göstəriləcək elektron xidmətlərdən biri olan «Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu» e-xidmətinin ilkin versiyasının təqdimatı olub. Nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov elektron xidmət növünün əhatə etdiyi xidmət sahələri, həmin xidmətlərlə təmin olunmaq üçün tələb olunan və elektron qaydada göndərilməli olan sənədlər barədə məlumat verib.

Bu elektron xidmətin tətbiqi vətəndaşlarla tibbi-sosial ekspert komissiyalarının əməkdaşları arasında birbaşa ünsiyyətin minimuma endirilməsi və əlillik qruplarının təyinatı ilə bağlı qərar qəbul etmə prosesində subyektiv amillərin aradan qaldırılmasında mühüm rol oynayacaq. Bununla eyni zamanda əlillərin tibbi-sosial reabilitasiya xidmətlərindən yararlanmaq imkanları daha da genişləndiriləcək.

Elektron xidmətin tətbiqi üçün müvafiq strukturların maddi-texniki bazasının gücləndirilməsi üçün müvafiq işlər görülüb, o cümlədən Dünya Bankı ilə Azərbaycan hökumətinin birgə icra etdiyi «Sosial Müdafiənin İnkişafı» layihəsi çərçivəsində həmin strukturlar kompüter avadanlıqları ilə təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR