Bank Of Baku

“Uşaqlara qarşı zorakılıqla mübarizə” proqramı çərçivəsində növbəti tədbir keçirilib

“Uşaqlara qarşı zorakılıqla mübarizə” proqramı çərçivəsində növbəti tədbir keçirilib
# 02 may 2012 14:36 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində Avropa Şurasının “Uşaqlara qarşı zorakılıqla mübarizə” proqramı çərçivəsində növbəti tədbir keçirilib. APA-nın məlumatına görə, tədbir Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, proqram üzrə əlaqələndirici Sevinc Fətəliyevanın təşəbbüsü ilə baş tutub. “Zorakılığa yox deyək” adı altında keçirilən toplantıda rayon İcra Hakimiyyətinin, təhsil müəssisələrinin nümayəndələri, Daxili İşlər Nazirliyinin əməkdaşları və xarici ekspertlər iştirak ediblər.

Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək uşaqların hüquqlarından, mövcud qanunvericilikdən danışıb. Belə bir tədbirin rayonda keçirilməsindən məmnun olduğunu deyən icra başçısı bildirib ki, məqsəd uşaq zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin təhlili və bu sahədə işin səmərəliyinin artırılmasına dair fikir mübadiləsi aparmaqdır.

Sevinc Fətəliyeva tədbir iştirakçılarına həyata keçirilən proqramın məqsədi, bu çərçivədə görülən işlər barədə məlumat verib. O qeyd edib ki, Avropa Şurasının “Uşaqlara qarşı zorakılıqla mübarizə” proqramının Azərbaycanda tətbiqinə ölkə hökuməti kifayət qədər maliyyə vəsaiti və diqqət ayırıb.

Almaniyalı psixoloq, ekspert Qalina Heinzelman, Latviyadan olan psixoloq Marina Daliba uşaq zorakılığına qarşı mübarizə istiqamətində öz ölkələrinin təcrübəsindən danışıblar. Daxili İşlər Nazirliyinin şöbə müdiri Kamal İmamverdiyev təmsil etdiyi təşkilatın bu məsələni daim diqqət mərkəzində saxladığını deyib.

Tədbirdə polis-vətəndaş münasibətlərinin yeni mexanizmlərinin yaradılması istiqamətində həyata keçirilən islahatlar, görülən işlərə dair fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR