Bank Of Baku

BMT-nin Cinayətlərin qarşısının alınması və cinayət mühakiməsi üzrə komissiyasının 21-ci sessiyası keçirilib

BMT-nin Cinayətlərin qarşısının alınması və cinayət mühakiməsi üzrə komissiyasının 21-ci sessiyası keçirilib
# 02 may 2012 15:15 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Aprelin 23-27-də Vyanada BMT-nin Cinayətlərin qarşısının alınması və cinayət mühakiməsi üzrə komissiyasının 21-ci sessiyası keçirilib. APA-nın Baş Prokurorluğun saytına istinadən verdiyi xəbərə görə, 111 dövlətdən 800-dək nümayəndənin iştirak etdiyi tədbirdə miqrant və məhkumların hüquqlarının müdafiəsi, transmilli mütəşəkkil cinayətkarlıq, o cümlədən korrupsiya, terrorçuluq və narkotik vasitələrin qanunsuz dövriyyəsi, bu sahədə qanunvericilik və institusional vəziyyət, müxtəlif ölkələrin təcrübəsi və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tədbir iştirakçılarına korrupsiya və terrorçuluğa qarşı mübarizə, habelə miqrasiya sahəsində Azərbaycan Respublikasında həyata keçirilən kompleks tədbirlər barədə geniş məlumat verilib.

Sessiyada Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsi müdirinin müavini Gülnar Rəsulova, baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Orxan İsayev, həmçinin Ədliyyə, Milli Təhlükəsizlik, Xarici İşlər, Daxili İşlər nazirliklərinin və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR