Bank Of Baku

Azərbaycanın II Dünya Müharibəsində döyüşən alimlərinə həsr edilmiş kitabın təqdimatı keçirilib

Azərbaycanın II Dünya Müharibəsində döyüşən alimlərinə həsr edilmiş kitabın təqdimatı keçirilib
# 03 may 2012 09:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun təşkilatçılığı ilə “Vətənə və elmə xidmət etdilər...” adlı kitabın təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti Akif Əlizadə bildirib ki, 9 May – Qələbə Gününə həsr olunmuş kitab 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində döyüşmüş Azərbaycan alimlərindən, onların qələbəyə verdikləri töhfələr və elmdəki xidmətlərindən bəhs edir. Həmin alimlər arasında Azərbaycanın görkəmli şəxsiyyətləri – Səməd Vurğun, Üzeyir Hacıbəyli, Ziya Bünyadov, Həsən Əliyev, Yusif Məmmədəliyev, Mustafa Topçubaşov və digərləri barədə məlumatlar yer alıb. A. Əlizadə qeyd edib ki, qələbədə oynadıqları rola görə Azərbaycanın 100-dən çox alimi SSRİ-nin orden və medalları ilə təltif edilib. 7 Azərbaycan alimi Dövlət Mükafatına, 50 elmi işçi “Azərbaycanın əməkdar elm və texnika xadimi” fəxri adına layiq görülüb.

Azərbaycan və rus dillərində yazılmış kitabın müəllifi və tərtibatçısı təqaüdçü polis polkovniki Georgi Zapletin, redaktoru isə Akif Əlizadədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR