Bank Of Baku

Azərbaycan paytaxtında qeyri-sabit hava şəraiti meteohəssas insanlarda narahatlıq yaradacaq

Azərbaycan paytaxtında qeyri-sabit hava şəraiti meteohəssas insanlarda narahatlıq yaradacaq
# 03 may 2012 11:06 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Gündüz əsən mülayim şimal küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 11-14, gündüz 21-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 4-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 4-6-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi müsbət amil olsa da, 4-ü axşamdan gözlənilən qeyri-sabit hava şəraiti bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR