Bank Of Baku

Elçin Behbudov Salyan və Biləsuvar rayon polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinq keçirib

Elçin Behbudov Salyan və Biləsuvar rayon polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinq keçirib
# 03 may 2012 13:07 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri , hüquq müdafiəçisi Elçin Behbudov Salyan və Biləsuvar rayon polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinq keçirib. Hüquq müdafiəçisinin APA-ya verdiyi xəbərə görə, Salyan rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılan təqsirləndirilən şəxslərdən bir nəfəri ona şikayət edib: “Orada 9 nəfər saxlanılırdı. Saxlanma şəraitindən və onlara qarşı rəftardan şikayətləri olmadı. Lakin bir nəfər bildirdi ki, saxlanılan zaman üzərində olan əşyaların hamısını qeydə almayıblar. Mən də bununla bağlı polis şöbəsinin rəis müavininə müraciət etdim. Problem yerində həll olundu. Biləsuvar rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasında isə 11 nəfər saxlanılır. Hər hansı qanun pozuntusu aşkar olunmadı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR