Bank Of Baku

Endokrinoloqlar yodlaşdırılmış və zərərli maddələrdən təmizlənmiş “Azərduz”u istifadəyə yararlı sayırlar - FOTO

Endokrinoloqlar yodlaşdırılmış və zərərli maddələrdən təmizlənmiş “Azərduz”u istifadəyə yararlı sayırlar - <font color=red>FOTO</font>
# 03 may 2012 15:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Ötən ay “Azersun Holding” və Milli QHT Forumunun yodlaşdırılmamış duzdan istifadənin fəsadlarının aradan qaldırılması məqsədilə start verdiyi maarifləndirmə aksiyası Bakı və Bakı ətrafı rayonlarda silsilə tədbirlər ilə davam etdirilir.

Holdinqdən “APA-Economics”ə verilən məlumata görə, layihə çərçivəsində ziyarət olunan xəstəxanalarda yodsuz duzdan istifadənin fəsadlarına dair məlumat lövhələri yerləşdirilir və məlumatlandırma vəsaitləri, bukletlər paylanır.

Aksiya öz effektivliyini həkimlərlə birbaşa görüşlər və maarifləndirici məlumatların mətbuatda işıqlandırılması ilə təzahür etdirir. Bununla da bir daha cəmiyyət hələ də marketlərdə satışına davam edilən, kustar üsullarla hazırlanan, yodsuz və natəmiz duzlar haqqında məlumatlandırılırlar.

Növbəti tədbirlərdən biri də Sahil Endikrinoloji Mərkəzində baş tutub. Layihə çərçivəsində Abşeron rayonu üzrə dövlət və özəl xəstəxanalarda çalışan endokrinoloqlar ilə görüşlər təşkil olunub. Endokrinoloqlar da Masazır Duz Zavodunda yüksək texnoloji şəraitdə istehsal olunan, yodlaşdırılmış və zərərli maddələrdən təmizlənmiş “Azərduz”u istifadəyə tövsiyə edirlər.

“Azersun Holding” və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə həyata keçirilən bu önəmli layihə Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən də dəstəklənir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR