Bank Of Baku

Azərbaycanda «Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və onlara ixtisas dərəcəsinin verilməsi Qaydası» təsdiqlənib

Azərbaycanda «Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və onlara ixtisas dərəcəsinin verilməsi Qaydası» təsdiqlənib
# 04 may 2012 08:24 (UTC +04:00)
Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Ekspertə ixtisas dərəcəsi Ekspert-ixtisas komissiyası tərəfindən keçirilən attestasiyanın nəticələrindən asılı olaraq verilir.

Sənədə əsasən peşə, hazırlığı, apardığı ekspertizaların keyfiyyəti, ekspert kimi iş stajı nəzərə alınmaqla, ekspertlərə üç ixtisas dərəcəsinin verilməsi müəyyən olunub. Bunlar yüksək dərəcəli ekspert, birinci dərəcəli ekspert və ikinci dərəcəli ekspert dərəcələridir.

Yüksək dərəcəli ekspert ixtisas dərəcəsi ekspertiza sahəsində müəyyən ixtisas üzrə 15 il iş stajı olan, məhkəmə ekspertizasının nəzəri və praktiki problemlərini mükəmməl bilən, yüksək peşə hazırlığına malik olan, mürəkkəb və çoxobyektli ekspertizaları aparmağı bacaran, profilaktik və metodik işləri fəal yerinə yetirən ekspertlərə verilir.

Birinci dərəcəli ekspert ixtisas dərəcəsi ekspertiza sahəsində müəyyən ixtisas üzrə 10 il iş stajı, zəruri nəzəri və praktiki hazırlığı olan, ekspert ixtisası üzrə mövcud metodikaları mənimsəmiş və onları praktikada tətbiq edən, mürəkkəb ekspertizaları yerinə yetirən, profilaktik və metodik fəaliyyətlə məşğul olan, ikinci dərəcəli ekspert ixtisas dərəcəsi ekspertiza sahəsində müəyyən ixtisas üzrə 5 il iş stajı olan, hazırlıqlı, ekspert ixtisası üzrə mövcud metodikaları ekspertiza tədqiqatları zamanı tətbiq etməyi bacaran, mürəkkəb ekspertizaları yerinə yetirən, profilaktik və metodik fəaliyyətlə məşğul olan ekspertlərə verilir.

Qərarda Ekspert-ixtisas komissiyasının təşkili, fəaliyyəti, iş prinsipi, attestasiyanın keçirilmə qaydası, müddəti və s. təşkilati məsələlər də əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR