Bank Of Baku

Bakının ümumtəhsil məktəblərinin IV siniflərində riyaziyyatdan test imtahanlarının nəticələri açıqlanıb

Bakının ümumtəhsil məktəblərinin IV siniflərində riyaziyyatdan test imtahanlarının nəticələri açıqlanıb
# 04 may 2012 09:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) aprelin 27–də paytaxtda fəaliyyət göstərən bütün ümumtəhsil məktəblərinin IV siniflərində riyaziyyatdan keçirilən test imtahanlarının nəticələrini açıqlayıb. Bu barədə APA-ya BŞTİ-nin ümumtəhsil sektorunun müdiri Firudun Həmzəyev məlumat verib.

Onun sözlərinə görə, cavablar idarədəki optik oxuyucu cihaz vasitəsilə oxunub və nəticələr məktəblərə çatdırılıb. Test yoxlamasında şagirdlərə hər birində 15 sual olmaqla 10 variantda tapşırıqlar təqdim olunub. Bu test yoxlamasında iştirak edən 31000-nə yaxın iştirakçıdan təxminən 29500-ü şagird, 1300-ü isə müəllim olub. F. Həmzəyev yoxlamanın yekun nəticələrinin Təhsil Şurasında müzakirə ediləcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR