Bank Of Baku

«Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» müsabiqəsinin qalibləri açıqlanıb

«Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» müsabiqəsinin qalibləri açıqlanıb
# 04 may 2012 12:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» müsabiqəsinin 2011-ci ilin yekunu ilə əlaqədar qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə AHİK sədri Səttar Mehbalıyev bildirib ki, bu müsabiqənin əsas məqsədi Azərbaycanda işçilər üçün layiqli və təhlükəsiz iş yerlərinin yaradılması, həmçinin istehsalatda zədələnmələrin və ölüm hallarının sayının azaldılmasıdır: «Belə bir müsabiqəyə 2009-cu ildən başlanılıb və həmin ildə 277 təşkilat müsabiqədə iştirak edirdisə, artıq bu il bu müsabiqəyə 1000-dən artıq müəssisə və təşkilat qatılıb. Müsabiqədə iştirakçı müəssisələr sırasında 156 təşkilat seçilib ki, onların sırasında 56 ən yaxşı təşkilat müsabiqənin qalibləridir. Bu tədbirdə həmin təşkilatlar AHİK tərəfindən mükafatlandırılacaq».

S.Mehbalıyev bildirib ki, dünyanı, o cümlədən Beynəlxalq Əmək Təşkilatını maraqlandıran məsələlərdən biri də iş yerlərində ölüm hallarının artmasıdır. O cümlədən Azərbaycanda da istehsalatda zədələnənlərin və ölənlərin sayı artıb. Belə ki, Azərbaycanda istehsalatda zədələnənlərin sayı son bir ildə 13,6%, ölənlərin sayı isə 29%-ə çatıb. «Bunun da qarşısını almaq üçün iş yerlərində təhlükəsiz əmək şəraiti yaradılmalıdır. İlk növbədə biz çalışırıq ki, iş yerlərinin vaxtı-vaxtında attestasiyaların keçirilməsi, zəhərli yerlərdə çalışan işçilər üçün həmin yerlərdə çalışan işçilərin qoruyucu fərdi mühafizə vasitələri ilə təchiz edilməsi təmin olunsun», - deyə S.Mehbalıyev qeyd edib.

S.Mehbalıyev son bir ildə iş yerlərində təhlükəsizlik məsələlərinə görə adambaşına düşən xərclərin həcmində 16,5% artım olduğunu. Əvvəllər bu faiz göstəricisi çox aşağı olub.

Qeyd edək ki, tədbirin sonunda müsabiqədə qalib gəlmiş müəssisə və təşkilatlar AHİK tərəfindən mükafatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR