Bank Of Baku

Salyanda “Erkən nikahlar və onların fəsadları, ailənin cəmiyyətdə rolu “ mövzusunda konfrans keçirilib

Salyanda “Erkən nikahlar və onların fəsadları, ailənin cəmiyyətdə rolu “ mövzusunda konfrans keçirilib
# 04 may 2012 15:33 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı - APA. Salyan şəhərində “Erkən nikahlar və onların fəsadları, ailənin cəmiyyətdə rolu“ mövzusunda konfrans keçirilib. APA-nın xəbərinə görə, Respublika Uşaq Təşkilatı, BMT-nin Uşaq Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Salyan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən konfransda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov Salyanda 8 minə yaxın gənc ailə olduğunu deyib. Ailənin Azərbaycan cəmiyyətinin müqəddəs dəyəri olduğunu söyləyən icra başçısı bu sahədə maarifləndirmə işlərinin vacibliyini vurğulayıb.

Qeyd olunub ki, son üç ayda Salyanda 215 nikah və 24 boşanma faktı qeydə alınıb. Boşanma faktları daha çox cütlüyün ailə həyatına hazır olmaması və erkən nikahlarla əlaqədardır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qeyd edib ki, erkən nikaha daxil olmaq böyük fəsadlara gətirib çıxarsa da, son bir il ərzində Azərbaycanda 4 min erkən nikah qeydə alınıb.

Respublika Uşaq Təşkilatının sədr müavini Rüxsarə Axundova, BMT-nin Uşaq Fondunun maarifləndirmə proqramının rəhbəri Elnur Əliyev və başqaları da erkən nikahlara qarşı cəmiyyətin bütövlüklə mübarizə aparmağa borclu olduğunu söyləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR