Bank Of Baku

Rauf Mərdiyev “İrəli” İctimai Birliyinin sədri seçilib - FOTOSESSİYA

Rauf Mərdiyev “İrəli” İctimai Birliyinin sədri seçilib - <font color=red>FOTOSESSİYA</font>
# 05 may 2012 15:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün “İrəli” İctimai Birliyinin hesabat-seçki konfransı keçirilib.

APA-nın məlumatına görə, konfransda 1900 nümayəndə, dövlət rəsmiləri və qonaqlar iştirak edib. Yığıncaqda qurumun ötən dövrlə bağlı hesabatı qəbul olunub.

Konfransda çıxış edən gənclər və idman naziri Azad Rəhimov “İrəli” İctimai Birliyini ölkənin ən iri və fəal gənclərinin toplandığı təşkilat adlandırıb. O, təşkilatın 20 mindən çox gənci əhatə etdiyini təqdirəlayiq hal kimi dəyərləndirib və qurum həyata keçirdiyi layihələri əhəmiyyətli hesab edib. Gənclər və İdman Nazirliyinin təşkilatla birgə layihələr həyata keçirdiyini xatırladan A.Rəhimov dövlətin gənclərin potensialının reallaşdırılması üçün geniş imkanlar yaratdığını söyləyib. Nazir bu istiqamətdə dövlət proqramının qəbul edildiyini deyərək, bundan sonra atılacaq addımlar haqqında da danışıb.

Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov “İrəli”nin demokratik qaydalara riayət etməklə geniş ictimaiyyət qarşısında hesabat-seçki konfransı keçirməsini gənclər təşkilatlarının tarixində yadda qalan hadisə kimi xarakterizə edib. E.Aslanov gənclərə xitabən deyib ki, bu gün həmin tədbirdə iştirak edən gənc nəslin nümayəndələri Cavanşirin, Tomrisin, Fətəli xan Xoyskinin, Əli bəy Hüseynzadənin, Məhəmməd Əmin Rəsulzadənin, Heydər Əliyevin övladlarıdır. A.Aslanov qeyd edib ki, bu günün gəncləri Azərbaycanı parlaq gələcəyə aparan qüvvədir və Azərbaycan dövlətinin də məqsədi təşəbbüskar və vətənpərvər gəncliyin formalaşmasıdır.

E.Aslanov çıxışında gənclərin işlə təminatı sahəsində həyata keçirilən layihələr, Azərbaycanın regiondakı rolu və çəkisi, o cümlədən Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın təcavüzkar niyyəti haqqında da danışıb: “Bu gün əsas problemimiz Dağlıq Qarabağdır. Ermənistanla müharibə şəraitində yaşamağımıza baxmayaraq, Azərbaycanda 30 min erməni var. Çünki yaradılanı sevirik, Azərbaycan yaradılanlar vətənidir. Ancaq danışıqlar prosesi torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşmasa, hər birimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımız uğrunda vuruşan əsgərlərik. Çünki vətəni qorudunsa, sənindir - qorumadınsa, göz dağındır”.

Çıxışlardan sonra konfransda təşkilati məsələlərə baxılıb. “İrəli” İctimai Birliyi sədrliyinə namizəd Nərmin Məmmədova çıxış edərək, namizədliyini digər iddiaçı Rauf Mərdiyevin lehinə geri götürüb. R.Mərdiyev isə çıxışında sədr seçiləcəyi təqdirdə, Nərmin Məmmədovanın namizədliyini baş katib postuna təklif edəcəyini söyləyib.

Sonra açıq səsvermə keçirilib və Rauf Mərdiyev “İrəli” İctimai Birliyinin sədri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR