DSMF sədri: “Azərbaycanda bu il pensiyalarda artım olub-olmayacağı hələ məlum deyil”
07 may 2012 07:54 (UTC +04:00)
Bunu “APA-Economics”ə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.
Onun sözlərinə görə, pensiyaların artırılmasına bilavasitə Fondun daxilolmaları və dövlət büdcəsinin gəlirləri ilə cari vəziyyət təsir edir: “Hazırkı daxilolmalar və dövlət büdcəsində edən transfertlər son artırmaların ödəməyə tam təmin edir”.
Qeyd edək ki, pensiyanın baza hissəsinin son artımı ötən ilin yayında baş verib ki. O vaxt pensiyanın baza hissəsi orta hesabla 40% artırılıb. Bundan sonra bu ilin əvvəlində 2011-ci ilin inflyasiyaya (7,9%) uyğun olaraq baza hissəsinin indeksləşmə aparılıb.
Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Fondun gəlirləri 689,6 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 32,5% çoxdur.