Bank Of Baku

Səlim Müslümov: “Azərbaycanda sosial sığorta sisteminə cəlb ediləcək böyük potensial var”

Səlim Müslümov: “Azərbaycanda sosial sığorta sisteminə cəlb ediləcək böyük potensial var”
# 07 may 2012 08:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda qeyri-aqrar sahəsində çalışanların sayı təxminən 2,8 mln. nəfərdir ki, bunun da yalnız 1,7 mln. nəfərə yaxını sosial sığorta ödəmələrinə cəlb olunub. Bunu “APA-Economics”ə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, sosial sığorta sisteminə cəlb edilməsində təxminən 1,1 mln. nəfərlik potensialı var və bu istiqamətdə müvafiq tədbirlər görülür.

S.Müslümov bildirib ki, sosial sığorta sisteminə cəlb edilməsi prosesində tək DSMF deyil, Vergilər Nazirliyi və Əmək və Sosial Müdafiə Nazirliyi birgə işlər aparılır. Nəticədə Fondun daxilolmalarının artımı məhz sosial sığorta olunanların sayının artırılması hesabına baş verir.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Fondun gəlirləri 689,6 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 32,5% çoxdur. Hesabat dövründə icbari dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 10,5% artaraq 297,8 mln. manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR