Bank Of Baku

Müəllimlərin işə qəbulu ilə əlaqədar müsabiqənin avqust ayında keçirilməsi nəzərdə tutulur

Müəllimlərin işə qəbulu ilə əlaqədar müsabiqənin avqust ayında keçirilməsi nəzərdə tutulur
# 07 may 2012 09:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Bu il müəllimlərin işə qəbulu yenə ötənilki qaydada keçiriləcək. Bu qayda özünü ötən il tam doğruldub”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hazırda boş, vakant yerlərlə bağlı məlumatların bölgələrdən toplanılması işi həyata keçirilir: “Yaxın vaxtlarda müəllimlərin işə qəbulu ilə bağlı elan veriləcək. Dərs ili başlayana qədər müsabiqədə iştirak edərək qalib gələn müəllimlərin yerlərə göndərilməsini təşkil edəcəyik. Hələlik nə qədər vakant yerin olduğu dəqiq deyil. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin avqust ayında keçirilməsi nəzərdə tutulur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR