Bank Of Baku

Abel Məhərrəmov BDU-nun professoru Məhəmməd İmanlının həbsinə münasibət bildirib - YENİLƏNİB

Abel Məhərrəmov BDU-nun professoru Məhəmməd İmanlının həbsinə münasibət bildirib - <font color=red>YENİLƏNİB</font>
# 07 may 2012 10:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov sabiq dekan müavini, hüquq elmləri doktoru, professor Məhəmməd İmanlının həbsinə münasibət bildirib. APA-nın məlumatına görə, A. Məhərrəmov jurnalistlərə açıqlamasında deyib ki, ezamiyyətdən bu gün səhər gəlib və bu barədə səhər mətbuatdan xəbər tutub: “Bu məsələ araşdırılacaq. Əgər cinayət törədilibsə, korrupsiya ilə bağlı faktlar varsa, hüquq-mühafizə orqanları bunu araşdıracaq. Amma BDU-da məlumatda qeyd olunan beynəlxalq iqtisadi əlaqələr fakültəsi yoxdur. Digər tərəfdən, biz ikinci ixtisasa adam qəbul edib-etməyəcəyik, bu hələ məlum deyil. Bu məsələyə iyul ayında BDU-nun Elmi Şurasında baxılacaq. Bu kimi məsələlərlə bağlı dəqiqləşməyə ehtiyac var”.

Rektor deyib ki, bu məsələ xoşagələn hal deyil: “Amma hadisədir olub. Onu araşdırmaq və tədbirlər həyata keçirmək lazımdır”.

BDU-nun Mətbuat və informasiya şöbəsi də M. İmanlının həbsi ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, Məhəmməd İmanlı həqiqətən də Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Cinayət hüququ və kriminologiya” kafedrasının professorudur və 2004-cü ildən Hüquq fakültəsi dekanının müavini vəzifəsində işləyib. 2011-ci ildə həmin vəzifədən azad edilib. Hal-hazırda BDU-da heç bir rəsmi səlahiyyətli vəzifə daşımır.

Haqqında söhbət gedən Beynəlxalq iqtisadi əlaqələr adlı fakültə Bakı Dövlət Universitetində yoxdur və oraya heç bir qəbul aparılmayıb.

“Qeyd edək ki, Bakı Dövlət Universitetində ikinci ali təhsil almaq üçün ixtisaslar BDU-nun Böyük Elmi Şurasında iyun ayında müzakirə olunur, bu barədə dövlət qəzetlərində elan çıxır, müvafiq komissiya yaradılır və müsabiqə yolu ilə fakültələrə qəbul aparılır. Hazırda ikinci ixtisasa (əlavə təhsil) qəbulla əlaqədar hazırlıq işlərinə başlanmayıb, ümumiyyətlə bu il əlavə təhsilə qəbul aparılması nəzərdə tutulmur.

Hadisə təqsirləndirilən şəxsin evində, BDU-da olmayan ixtisasla əlaqədar, qəbul aparılması nəzərdə tutulmayan bir yerlə bağlı baş verdiyinə görə, respublikanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin adının mətbuatda bu məsələ ilə paralel hallanması təəssüf doğurur”, - deyə açıqlamada bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR