Bank Of Baku

Kəmaləddin Heydərov: “Zəlzələ nəticəsində ciddi ziyan dəymiş evlərin yenidən tikilməsi nəzərdə tutulur”

Kəmaləddin Heydərov: “Zəlzələ nəticəsində ciddi ziyan dəymiş evlərin yenidən tikilməsi nəzərdə tutulur”
# 07 may 2012 12:56 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında
Azərbaycan fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

Nazir bildirib ki, hazırda FHN və digər qurumların mütəxəssisləri sosial və fərdi obyektlərə baxış keçirir, araşdırma aparır: “İlkin məlumata görə, ciddi ziyan yoxdur. Lakin vəziyyət tam dəqiqləşdiriləndən sonra müvafiq qərar veriləcək”.

K. Heydərov əlavə edib ki, Zaqatala, Balakən və digər rayonlarda infrastruktur normal fəaliyyət göstərir.

FHN-dən daxil olmuş məlumata görə, nazir K. Heydərov artıq Zaqatala rayonunun Muxax, Zəyəm və Bazar kəndlərində vəziyyətlə tanış olub. Keçirilmiş ilkin baxışlar nəticəsində adıçəkilən kəndlərin hər birində 20-ə qədər yaşayış evinə ciddi ziyan dəydiyi müəyyən edilib.

Zəlzələ nəticəsində dəymiş ziyanın miqyasının müəyyən edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

FHN tərəfindən evləri ciddi ziyan çəkmiş sakinlər üçün çadırların qurulmasına başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR