Bank Of Baku

Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOSESSİYA

Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb - <font color=red>FOTOSESSİYA</font>
# 07 may 2012 12:58 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, ilk belə inşa yazı müsabiqəsi 2007-ci ildə təşkil edilib. Müsabiqəyə 700 minədək məktəbli qatılıb. Müsabiqənin yekun mərhələsində isə 112 şagird iştirak edib. Müsabiqə iştirakçılarından 5 nəfər I, 8 nəfər II, 13 nəfər III yerlərə, 54 nəfər isə həvəsləndirici mükafatlara layiq görülüb.

Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov isə bildirib ki, belə müsabiqələr şagirdlərin Heydər Əlievin zəngin irsini öyrənməsində əvəzsiz rol oynayır. Bu da Azərbaycanda fundamental dövlətçilik ənənəsinin formalaşmasına, sağlam, milli-mənəvi dəyərlərə bağlı gənc nəslin yetişməsinə səsbəb olur.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov isə qeyd edib ki, Azərbaycan məktəblərində son illərdə İnformasiya Kommunikasiya Texnologiyaları çox geniş tətbiq olunur. Təsadüfi deyil ki, Azərbaycan məktəbləri Mərkəzi və Şərqi Avropada İKT-nin tətbiqinə görə öndə gedir. Hazırda təhsil müəssisələrində İKT-nin tətbiqi ilə əlaqədar 2 Dövlət Proqramı həyata keçirilir. Ə. Abbasov Təhsil Nazirliyi ilə əməkdaşlığın başqa istiqamətlər üzrə aparıldığını da deyib. O bildirib ki, hazırda xaricdə təhsil alan 84 gəncin təhsil haqqlarını rəhbərılik etdiyi nazirlik ödəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR