Bank Of Baku

Hərbi Prokurorluqda elmi-praktik konfrans keçirilib

Hərbi Prokurorluqda elmi-praktik konfrans keçirilib
# 07 may 2012 13:27 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Hərbi Prokurorluqda “Heydər Əliyev hüquqi dövlət quruculuğunun və müstəqil dövlətimizin yaradıcısıdır” mövzusunda elmi-praktiki konfrans keçirilib. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, konfrans Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilib. Konfrans iştirakçıları əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyublar.

Baş prokurorun müavini, hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev konfransda məruzə ilə çıxış edərək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin müasir Azərbaycanın tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlar barədə ətraflı məlumat verib. O qeyd edib ki, Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində bu gün ölkəmiz inkişaf etmiş dünya dövlətləri sırasında öz xüsusi yeri olan bir dövlətə çevrilib: “Həyata keçirilən mütərəqqi və beynəlxalq standartlara uyğun islahatlar nəticəsində ölkəmizdə demokratik və hüquqi dövlət qurulub, iqtisadi müstəqilliyə nail olunub, xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılıb, dönməz ictimai-siyasi sabitlik və əmin-amanlıq bərqərar olmaqla, qanunçuluğun aliliyinə əsaslanan sivil vətəndaş cəmiyyəti formalaşdırılıb”.

Daha sonra Heydər Əliyevin siyasi xəttinin davamçısı, prezident İlham Əliyevin hüquqi islahatları uğurla davam etdirdiyini vurğulayan hərbi prokuror, onun Azərbaycanın iqtisadi və sosial inkişafına, ölkədə sülhün, təhlükəsizliyin, əmin-amanlığın qorunmasına verdiyi misilsiz töhfələrdən bəhs edib. X. Vəliyev bildirib ki, İlham Əliyevin yeritdiyi dövlətçilik siyasəti Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasının reallaşdırılmasını və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin edir.

Konfransda Respublika Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru Emin Musayev və Silahlı qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin prokuroru Cavid Xəlilov Heydər Əliyevin həyat və fəaliyyətindən danışıblar.

Mərasimə yekun vuran Xanlar Vəliyev bəyan edib ki, Hərbi Prokurorluğun kollektivi Heydər Əliyevin dövlətçilik ideyalarına həmişə sadiq qalacaq, müstəqilliyimizin, ictimai-siyasi sabitliyin və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunması istiqamətində prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlətçilik tədbirlərində həmişə yaxından iştirak edəcək.

Mərasimin sonunda Hərbi Prokurorluğun xidmətdə fərqlənən əməkdaşlarına hərbi rütbələr verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR