Bank Of Baku

«Azersun Holding» Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı «Vətən çağırır» adlı silsilə tədbirlər keçirib - FOTO

«Azersun Holding» Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı «Vətən çağırır» adlı silsilə tədbirlər keçirib - <font color=red>FOTO</font>
# 07 may 2012 14:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azersun Holding» Şirkətlər Qrupu Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması ilə birgə «Vətən çağırır» adlı silsilə tədbirlər keçirib.
«Azersun Holding»dən «APA-Economics»ə verilən məlumata görə, may ayının 1-də start verilən aksiya çərçivəsində ilk olaraq Bakı Slavyan Universitetində Hüseynbala Mirələmovun qələmə aldığı, Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı «Güllələnmiş heykəllərin fəryadı» tamaşası nümayiş etdirilib.
Daha sonra aksiya mayın 2-də 53 saylı orta məktəbdə, 3-6 may tarixlərində isə bölgələrdə davam edib. Teatr aksiya çərçivəsində Gədəbəy, Şəmkir, Qazax rayonlarında tamaşalar nümayiş etdirilib.
Mayın 7-də isə «Azersun Holding»in Mədəniyyət Mərkəzində keçirilən anım tədbirində millət vəkilləri, ictimaiyyətin nümayəndələri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov və Şuşa sakinləri iştirak edib.
Mayın 8-də «Vətən çağırır» aksiyası Abşeron rayonunda davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR