Bank Of Baku

Ombudsmanın təmsilçiləri Abşeron Polis Şöbəsində monitorinq aparıblar

Ombudsmanın təmsilçiləri Abşeron Polis Şöbəsində monitorinq aparıblar
# 07 may 2012 15:36 (UTC +04:00)
Bakı – APA. İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm (MPM) Qrupunun üzvləri Abşeron Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasına baş çəkiblər. Ombudsman Aparatından APA-ay verilən məlumata görə, qrupun üzvləri saxlanma şəraitini araşdırıb, saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olub və hər hansı pozuntu aşkar etməyiblər.

Saxlanılan 10 şəxslə söhbət aparılaraq onlara hüquqları izah olunub. Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR