Bank Of Baku

Rusiya ali məktəblərində Azərbaycan vətəndaşlarına ayrılan yerlər üçün sənəd qəbulu bu gün başa catır

Rusiya ali məktəblərində Azərbaycan vətəndaşlarına ayrılan yerlər üçün sənəd qəbulu bu gün başa catır
# 08 may 2012 07:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Rusiya Federasiyası ali təhsil müəssisələrində Azərbaycan vətəndaşlarına ayrılan yerlərə keçiriləcək müsabiqədə iştirak etmək üçün sənəd qəbulu bu gün saat 17.00-da başa çatacaq. Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, aprelin 26-dan indiyədək 94 nəfər sənəd verib. Rusiyanın ali təhsil müəssisələrində Azərbaycan gəncləri üçün bu il 30 yer ayrılıb. Onlardan 9-u I qrup, 6-sı II qrup, 9-u III qrup, 6-sı IV qrup üzrədir.
Müsabiqəyə qatılmaq istəyən abituriyentlər Azərbaycanın ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları “Elektron ərizə”ni təsdiq etdirdikdən sonra TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Rusiya Federasiyası ali təhsil müəssisələrinə müsabiqə iki mərhələdən ibarət olacaq. Müsabiqənin test imtahanı mərhələsi mayın 15-də keçiriləcək. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi” mayın 11-dən etibarən TQDK-nın internet saytından çap edib götürəcəklər. Test imtahanı nəticəsində I ixtisas qrupunda 300 və daha yüksək, digər qruplarda 400 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılacaqlar. Müsahibə mayın 23-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR