Rusiya ali məktəblərində Azərbaycan vətəndaşları üçün ayrılan yerlərə sənəd qəbulu başa çatıb
08 may 2012 14:41 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, müsabiqəyə 101 nəfər sənəd verib. Rusiyanın ali təhsil müəssisələrində Azərbaycan gəncləri üçün bu il 30 yer ayrılıb. Onlardan 9-u I qrup, 6-sı II qrup, 9-u III qrup, 6-sı IV qrup üzrədir.
Rusiya Federasiyası ali təhsil müəssisələrinə müsabiqə iki mərhələdən ibarət olacaq. Müsabiqənin test imtahanı mərhələsi mayın 15-də keçiriləcək. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi” mayın 11-dən etibarən TQDK-nın internet saytından çap edib götürəcəklər. Test imtahanı nəticəsində I ixtisas qrupunda 300 və daha yüksək, digər qruplarda 400 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılacaqlar.
Müsahibə mayın 23-də keçiriləcək.

Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024