Bank Of Baku

Azərbaycan Polşada keçirilən beynəlxalq arxeoloji konfransda iştirak edib

Azərbaycan Polşada keçirilən beynəlxalq arxeoloji konfransda iştirak edib
# 08 may 2012 16:09 (UTC +04:00)
Bakı - APA. Polşa paytaxtında Varşava Universitetinin Polşa Aralıq Dənizi Arxeologiya Mərkəzi və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə 30 aprel-4 may tarixlərində “Qədim Şərqin Arxeologiyası” adı adlı VIII Beynəlxalq arxeoloji konfrans (8 ICAANE) keçirilib.
Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən məlumata görə, dünyanın bir çox ölkələrinin arxeoloqlarının iştirak etdiyi konfransda Cənubi Qafqaz regionundan Azərbaycanın arxeologiyası haqqında 7 məruzə dinlənilib.
Konfransda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Mayisə Rəhimova “Azərbaycan arxeologiya elminin XXI əsrdə inkişafı”, həmin institutdan tarix elmləri namizədi Fərhad Quliyev “Göytəpə qədim yaşayış məskənində qazıntılar” mövzusunda çıxış etmişlər. AMEA Tarix İnstitutu adından “Kimmerlərin və skiflərin dini baxışlarının arxeologiyada əks olunması” adlı məruzə ilə tarix elmləri namizədi Zaur Həsənov çıxış edib.
Konfransda həmçinin Azərbaycan arxeoloqları ilə əməkdaşlıq edən Fransa, Almaniya və Yaponiya mütəxəssisləri də məruzələrini görüş iştirakçılarına təqdim ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR