Bank Of Baku

Böyük Vətən müharibəsi əlillərinə minik avtomobilləri təqdim olunub - FOTO

Böyük Vətən müharibəsi əlillərinə minik avtomobilləri təqdim olunub - <font color=red>FOTO</font>
# 09 may 2012 12:35 (UTC +04:00)
Bakı – APA. Mayın 9-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Böyük Vətən müharibəsi əlilləri ilə görüş keçirilib. Nazirlikdən APA-ya verilən xəbərə görə, nazir Fizuli Ələkbərov çıxışında bildirib ki, prezident İlham Əliyevin 30 aprel 2012-ci il tarixli “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə” sərəncamına əsasən həmin kateqoriyalardan olan vətəndaşlara birdəfəlik maddi yardımlar verilib. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1 aprel 2012-ci il tarixinədək 695 nəfər Böyük Vətən müharibəsi əlili və iştirakçısı minik avtomobili, 45 nəfər isə mənzillə təmin edilib. Bununla yanaşı, Böyük Vətən müharibəsi əlilləri Azərbaycan Respublikası prezidentinin təqaüdü, dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort putyovkaları ilə təmin edilirlər.

Görüşün sonunda Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarına 20 ədəd “Liffan” markalı minik avtomobilinin açar və sənədləri təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR