Bank Of Baku

Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Kauser ADU-da olub - FOTO

Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Kauser ADU-da olub - <font color=red>FOTO</font>
# 24 may 2012 11:32 (UTC +04:00)
Bakı – APA. Mayın 24-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fəxri konsulu Otto Hauser ilə görüşüb. ADU-dan APA-ya verilən məlumata görə, qonağı salamlayan rektor Səməd Seyidov Azərbaycanda alman mədəniyyətinin, dilinin hər zaman yüksək səviyyədə qorunduğunu, ADU-da bu dilin yüksək səviyyədə tədris olunduğunu fəxri konsulun diqqətinə çatdırıb. O, ADU-da alman dilinin 1938-ci ildən tədris olunduğunu xatırladaraq bildirib ki, universitetdə alman dili üzrə yüksək səviyyəli müəllimlər, mütəxəssislər var.

S. Seyidov TEMPUS proqramı çərçivəsində Almaniyanın Leypsiq Universiteti ilə əlaqələrin mövcudluğundan da söz açıb. Rektor bu ilin iyun ayında “Germanistikanın aktual problemləri” mövzusunda ADU-da keçiriləcək elmi konfrans haqda qonağa məlumat verib və Bonn Universitetinin germanistika üzrə tanınmış alimlərinin bu konfransa dəvət aldıqlarını nəzərə çatdırıb.

O. Hauser isə ADU-da alman dilinin yüksək səviyyədə tədrisindən məmnun olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR