Bank Of Baku

Azərbaycanda səyyar laboratoriya fəaliyyətə başlayıb

Azərbaycanda səyyar laboratoriya fəaliyyətə başlayıb
# 24 may 2012 13:06 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Azərbaycanda səyyar laboratoriya fəaliyyətə başlayıb. Bu barədə APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov məlumat verib. Onun sözlərinə görə, artıq Bakı şəhəri ərazisində təşkil olunan bir sıra kənd təsərrüfatı yarmarkalarında meyvə və tərəvəzlər bu laboratoriya vasitəsilə yoxlanılıb: “Paytaxtın Xətai, Yasamal və Nərimanov rayonları ərazilərində təşkil edilən kənd təsərrüfatı yarmarkalarında məhsullar alıcıların gözü qarşısında yoxlanılıb. Əhali aldığı məhsulların tərkibi və keyfiyyəti haqqında məlumatlandırılıb. Bu yarmarkalarda satışa çıxarılan meyvə-tərəvəz yerli məhsullardır və hələlik heç bir neqativ hal aşkarlanmayıb. Şənbə günü isə laboratoriya Nəsimi rayonunda açılacaq kənd təsərrüfatı yarmarkasında fəaliyyət göstərəcək”.

Y. İbrahimov səyyar laboratoriyanın respublikanın digər şəhər və rayonlarına da aparılaraq bazarlarda kənd təsərrüfatı məhsullarının yoxlanılacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR