Bank Of Baku

TQDK eksternat formada keçiriləcək buraxılış imtahanları ilə əlaqədar şəhər (rayon) təhsil şöbələrinin, peşə liseylərinin rəhbərlərinə müraciət edib

TQDK eksternat formada keçiriləcək buraxılış imtahanları ilə əlaqədar şəhər (rayon) təhsil şöbələrinin, peşə liseylərinin rəhbərlərinə müraciət edib
# 24 may 2012 13:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) şəhər (rayon) təhsil şöbələrinin, peşə liseylərinin rəhbərlərinə müraciət edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, buraxılış imtahanlarının eksternat qaydasında verilməsi müddəaları yalnız tam orta təhsildən kənarda qalan və ya tam orta təhsili vaxtından əvvəl bitirmək istəyən şəxslərə şamil edilir. “Təhsil haqqında” qanunun 1.0.39-cu maddəsinə əsasən sərbəst (eksternat) təhsil – müхtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı pilləsini vaхtından əvvəl bitirmək hüququ verən təhsilalma formasıdır.

TQDK tərəfindən təsdiq edilən “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları”na əsasən tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran (ilindən asılı olmayaraq), lakin buraxılış imtahanına buraxılmayan, imtahanda iştirak etməyən və ya buraxılış imtahanında qeyri-kafi qiymət(lər) alan və bu il attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş, imtahana buraxılması haqqında həmin təhsil müəssisəsində yaradılan xüsusi komissiya tərəfindən qərar qəbul edilmiş şəxslər “buraxılış imtahanına təkrar buraxılanlar” kateqoriyasına aid edilirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR