Bank Of Baku

TQDK imtahan mərkəzlərindən kənarda yerləşən məktəblərin şagirdlərinin buraxılış imtahanına gətirilmə xərclərini açıqlayıb

TQDK imtahan mərkəzlərindən kənarda yerləşən məktəblərin şagirdlərinin buraxılış imtahanına gətirilmə xərclərini açıqlayıb
# 25 may 2012 09:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) buraxılış imtahanları zamanı imtahan mərkəzlərindən kənarda yerləşən məktəblərin şagirdlərinin imtahana gətirilmə xərclərini açıqlayıb. APA-nın məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib ki, Azərbaycanda mövcud olan 4500 məktəbdən 2500-ü kənd məktəbidir.

Komissiya sədri bildirib ki, rəhbərlik etdiyi qurum şagirdlərin buraxılış imtahanlarına gətirilməsi üçün kənd məktəblərinin rəhbərliyi ilə müqavilələr imzalayacaq: “İmtahan mərkəzlərindən 5 km məsafədə yerləşən məktəblərin şagirdləri imtahana valideynləri ilə və ya özləri gələ bilərlər. 5 km-dən 30 km-ə qədər məsafədə yerləşən məktəblərdə hər 20 nəfər şagirdə 1 nəfər təhkim olunacaq və həmin şəxslə müqavilə bağlanaraq ona 42 manat yol pulu ödəniləcək. İmtahan mərkəzlərindən 30-50 km məsafədə yerləşən məktəblər üçün bu məbləğ 73 manat, 50 km-dən uzaq məsafədə yerləşən məktəblər üçün isə hər 20 şagirdə düşən məbləğ 105 manatdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR