Bank Of Baku

Azərbaycanda əmək qəhrəmanı vəfat edib – FOTO

Azərbaycanda əmək qəhrəmanı vəfat edib – <font color=red>FOTO</font>
# 25 may 2012 12:04 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Solmaz Səməd qızı Əliyeva anadan olduğu Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində 67 yaşında vəfat edib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəranın keçmiş Baloğlan Abbasov sovxozunun fəhləsi kimi çalışan Solmaz Əliyeva ötən əsrin 70-ci illərində qabaqcıl tərəvəzçi kimi böyük şöhrət qazanıb. 1973-cü ildə ona əmək nailiyyətlərinə görə, Sosialist Əməyi Qəhrəmanı adı verilib. S.Əliyeva SSRİ Ali Sovetinin, eləcə də 5 çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 2002-ci ildən Azərbaycan Respublikası prezidentinin təqaüdçüsü idi.
Uzun illər xalq artisti Zeynəb Xanlarovanın ifa etdiyi, sözləri Şəkər Aslana, musiqisi Emin Sabitoğluna məxsus olan “Kim tanımır Solmazı” mahnısı Solmaz Əliyevanın şəninə yazılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR