Bank Of Baku

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərin inkişafı üzrə Milli Fəaliyyət Proqramı hazırlayır

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərin inkişafı üzrə Milli Fəaliyyət Proqramı hazırlayır
# 25 may 2012 15:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərin inkişafı üzrə Milli Fəaliyyət Proqramı hazırlayır. Bu barədə APA-ya şuranın mətbuat xidmətindən məlumat verilib. Bu məqsədlə təcrübəli QHT ekspertlərindən ibarət işçi qrup yaradılıb və şura sədri Azay Quliyevin sədrliyi ilə işçi qrupun ilk iclası keçirilib.

İclasda çıxış edən ekspertlər hazırlanacaq sənədin ən azı yaxın beş il üçün QHT-lərin inkişaf perspektivlərini dəqiq ehtiva etməsinin vacibliyini vurğulayıblar. Bu mənada QHT qanunvericiliyinin təkmilləşdirilməsi, tədris və məlumatlandırma işinin daha effektiv təşkili, QHT-lərin faydalılıq əmsalı üzrə təsnifatlandırılması, region QHT-lərinin potensialının gücləndirilməsi, dövlət-QHT-biznes əməkdaşlığı və digər məsələlərin sənəddə öz əksini tapması ilkin variant olaraq irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR