Bank Of Baku

TQDK-da buraxılış imtahanlarının keçiriləcəyi binalarına məsul şəxslərlə treninqlər təşkil olunub

TQDK-da buraxılış imtahanlarının keçiriləcəyi binalarına məsul şəxslərlə treninqlər təşkil olunub
# 26 may 2012 09:23 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) iyunun 2-3-də keçiriləcək buraxılış imtahanlarında imtahan binalarına məsul şəxslərlə treninqlər təşkil olunub. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, imtahan binalarına məsul şəxslərə imtahanlara ümumi hazırlıq, təhlükəsizlik məsələləri və şagirdlərin binalara vaxtında çatdırılmaqla əlaqədar təlimatlar verilir. E. Nağızadə deyib ki, imtahan binalarının yoxlanılması prosesi də davam edir. İyunun 1-də imtahan binalarına sonuncu dəfə baxış keçiriləcək və binalar möhürlənərək mühafizəyə götürüləcək.

İlk buraxılış imtahanı iyunun 2-də və 3-də Bakı şəhərində keçiriləcək. Eyni gündə Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsinin şagirdləri də imtahan verəcək. İyunun 2-də ümumtəhsil məktəblərinin XI siniflərində şagirdlərin imtahan verməsi üçün 53, iyunun 3-də IX sinif şagirdlərinin imtahan verməsi üçün 68 imtahan binası ayrılıb. Həmin gün Bakı şəhəri üzrə 23914 nəfər XI sinif şagirdinin, iyunun 3-də isə 34277 nəfər IX sinif şagirdinin buraxılış imtahanında iştirakı nəzərdə tutulur.

Regionlarda isə iyunun 2-də rus bölməsi üzrə təhsil alan 1935 nəfər XI sinif, iyunun 3-də isə 2096 nəfər IX sinif şagirdi imtahan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR