Bank Of Baku

Azərbaycanda 150-dən çox mədəni irs abidəsinin yeni texnologiya vasitəsilə element tərkibi öyrənilib

Azərbaycanda 150-dən çox mədəni irs abidəsinin yeni texnologiya vasitəsilə element tərkibi öyrənilib
# 29 may 2012 10:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutu, AMEA Milli Azərbaycan Tarixi Muzeyi, Şirvanşahlar Muzeyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və bir sıra təşkilatların birgə əməkdaşlığı nəticəsində Azərbaycanda 150-dən çox mədəni irs abidəsinin artefaktlarına ziyan vurulmadan yeni texnologiya vasitəsilə element tərkibi öyrənilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hazırda Radiasiya Problemləri İnstitutunda radiokarbon üsulu ilə yaşın təyini metodu işlənilir və yaxın gələcəkdə mədəni irs abidələrinin artefaktlarının analizi və tarixi dəqiq öyrəniləcək.

Azərbaycanda mədəni irs abidələrinin öyrənilməsində nüvə texnologiyalarından istifadə mayın 28-dən – iyunun 1-nə kimi Kalmar (İsveç) şəhərində “Women in Nuclear” World Nuclear Association (WNA) tərəfindən təşkil olunmuş 20-ci WIN Global Annual Congressdə də müzakirə olunacaq. MDB ölkələri arasında Azərbaycan ilk dəfə olaraq bu tədbirə qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR