Bank Of Baku

Azərbaycan paytaxtının seysmik risk xəritəsi ilə bağlı yekun müzakirələr aparılıb

Azərbaycan paytaxtının seysmik risk xəritəsi ilə bağlı yekun müzakirələr aparılıb
# 29 may 2012 12:06 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi “Bakının seysmik mikrorayonlaşdırılması üzrə risk xəritəsi”nin hazırlanması layihəsinə dair yekun müzakirələrin aparılmasıdır.
Bu gün Respublika Seysmoloji Xidmət Mərkəzində əlaqədar təşkilatların nümayəndələrinin iştirakı ilə “Bakının seysmik mikrorayonlaşdırılması üzrə risk xəritəsi” layihəsinin hazırlanması üzrə yekun müzakirələr keçirilib.
M. Takahaşi layihədə nəzərdə tutulan işlər və bu layihənin həyata keçirilməsi prosedurları haqqında ətraflı məlumat verib.
Mərkəzin baş direktoru Qurban Yetirmişli layihənin yekun variantı ilə bağlı öz təkliflərini irəli sürüb.
Daha sonra tərəflər layihə üzərində işlərin tamamlanması və sənədin bu ilin avqustunda Yaponiya hökumətinə təqdim olunması barədə qərar qəbul ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR