Bank Of Baku

Ermənilər lahmacunu mənimsəməyə çalışır

Ermənilər lahmacunu mənimsəməyə çalışır
# 29 may 2012 12:27 (UTC +04:00)
Bakı – APA. Ermənilər Türkiyə “fast-food” mədəniyyətinin nümunəsi olan lahmacunu mənimsəməyə çalışır. APA-nın “Cihan” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Anadolu Mətbəxini Araşdırma, İnkişaf Etdirmə və Qoruma Dərnəyinin rəhbəri Tahir Tekin Öztan deyib.

Serbiyanın Novi Sad şəhərində keçirilən VI Orta Avropa Qida Konqresinə qatılan T. T. Öztan bildirib ki, müxtəlif ölkələr türk mətbəx mədəniyyətinin bir çox nümunəsini sahiblənməyə çalışır və buna son vaxtlar lahmacun da əlavə olunub: “Türk kulinariyası dünyanın ən zəngin kulinariyalarından biridir. Mətbəximizi tanıtmalı və təbliğ etməli, onların qeydiyyata alınmasına nail olmalıyıq. Biz öz dəyərlərimizə sahib çıxmayanda başqaları sahib çıxır. Daha öncə paxlava mövzusunda yaşanan mübahisələri xatırlayın. Bu gün lahmacunun milli yeməyimiz olduğunu bizdən başqa bilən yoxdur. Ermənistan lahmacunu özünə aid edir. İnternetdə araşdırma apardıqda bunu görmək olar. Sabah başqa yeməklərimizə də sahib çıxacaqlar. Lahmacun qida sektorunda pizza ilə yarışacaq qədər önəmli bir mədəniyyətdir. Lakin Avropa Birliyi ölkələrində ermənilər tərəfindən aparılan təbliğat nəticəsində lahmacun erməni pizzası kimi təqdim edilməyə başlayıb. Lahmacun türk yeməyidir və paytaxtı da Qaziantepdir. Lahmacuna sahib çıxmaq bizim vəzifəmizdir.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR