Bank Of Baku

BDU-da Respublika Gününə həsr olunmuş tədbir keçirilib

BDU-da Respublika Gününə həsr olunmuş tədbir keçirilib
# 29 may 2012 12:30 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Bakı Dövlət Universitetində (BDU) 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib. APA-nın xəbərinə görə, universitetin rektoru, akademik Abel Məhərrəmov 20-ci əsrin Azərbaycan xalqının həyatında çox böyük mübarizələr əsri olduğunu deyib: “Azadlıq və istiqlaliyyət uğrunda çoxlu qanlar tökülmüş, xalqımız saysız hesabsız şəhidlər vermişdir. 23 aydan sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, xalqımız bu gün Azərbaycanda cümhuriyyət yaradanları böyük minnətdarlıq hissi ilə xatırlayır. Xalq Cümhuriyyətinin çox böyük əsərləri var və onlardan biri də Bakı Dövlət Universitetidir”.

A. Məhərrəmov qeyd edib ki, 1993-cü ilin iyununda Azərbaycan parçalanma, dağılma ərəfəsində olarkən Heydər Əliyev xalqın tələb və təkidi ilə hakimiyyətə gəlməsəydi, bu gün biz Azərbaycanın müstəqilliyindən danışa bilməzdik. Sonra Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çıxış edib. O, müstəqil dövlətin formalaşması, inkişafı və dünyada tanınmasında Heydər Əliyevin əvəzsiz rolundan söz açıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR