Bank Of Baku

Gövhər Baxşəliyeva: “Elmi dərəcələrə görə verilən müavinət artırılmalıdır”

Gövhər Baxşəliyeva: “Elmi dərəcələrə görə verilən müavinət artırılmalıdır”
# 29 may 2012 14:32 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Gövhər Baxşəliyeva elmi işçilərin maddi təminatının gücləndirilməsinin vacib olduğunu bildirib.

APA-Economics”in xəbərinə görə, deputat deyib ki, qonşu Rusiya və Qazaxıstanda aparılan islahatlardan sonra orada fəlsəfə doktorları 300 dollar, elmlər doktorları isə əlavə 500 dollar müavinət alır.

Millət vəkili Azərbaycanda da bu məsələyə baxılmasını və elmi işçilərin maddi təminatının yaxşılaşdırılmasını, eləcə də onların elmi tədbirlərdə iştirakına dəstək verilməsini vacib sayıb.

Qeyd edək ki, hazırda Azərbaycanda fəlsəfə doktorları 30 manat, elmlər doktorları isə 50 manat müavinət alır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR