Bank Of Baku

Azərbaycanın fövqəladə hallar nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Qətərdə rəsmi səfərdədir - FOTO

Azərbaycanın fövqəladə hallar nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Qətərdə rəsmi səfərdədir - <font color=red>FOTO</font>
# 29 may 2012 14:41 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfərin həyata keçirilməsində əsas məqsəd Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə Qətər Dövlətinin Daxili İşlər Nazirliyi arasında fövqəladə halların idarə olunması sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirməkdən ibarətdir.

Səfər çərçivəsində Qətər Dövlətinin vəliəhdi və vitse-əmiri Şeyx Tamim bin Hamad Al-Tani və Daxili İşlər üzrə Dövlət naziri Şeyx Abdullah bin Naser bin Xəlifə Əl-Tani ilə görüş keçirilib. Görüşlərdə təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq və fəlakətlərə daha effektiv cavab vermə üzrə hər iki ölkənin əldə etdiyi təcrübədən birgə yararlanmaq perspektivləri ətrafında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Həmçinin, səfər çərçivəsində Qətər Dövlətinin Mülki Müdafiə və digər aidiyyəti qurumlarının fəaliyyəti ilə yaxından tanışlıq nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR