Azərbaycanda etibarsız sənədlərlə yaşayan 61 əcnəbi saxlanılıb

Azərbaycanda etibarsız sənədlərlə yaşayan 61 əcnəbi saxlanılıb
# 21 iyun 2012 10:59 (UTC +04:00)
APA-nın Dövlət Miqrasiya Xidmətinin saytına istinadən verdiyi xəbərə görə, iyunun 11-16-da Dövlət Miqrasiya Xidməti tərəfindən Bakıda, həmçinin Salyan, Lənkəran, Masallı və Yardımlı rayonlarında qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirilib. Keçirilən tədbirlər nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 61 əcnəbi aşkar edilərək saxlanılıb.

Saxlanılanlar barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339 və 340-1-ci maddələrinə uyğun müvafiq qərarlar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR