Azərbaycan qadınlarının siyasi partiyalarda iştirakı məsələsinə həsr olunmuş seminar keçirilir
21 iyun 2012 11:13 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Bakıda Azərbaycan qadınlarının siyasi partiyalarda iştirakı məsələsinə həsr olunmuş seminar başlayıb. APA-nın xəbərinə görə, ATƏT-in Bakı ofisi və qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun dəstəyi ilə təşkil olunan iki günlük seminara siyasi partiyalar və rəsmi qurumlardan 30-a yaxın şəxs qatılacaq.
İştirakçılar yerli və beynəlxalq ekspertlərlə birlikdə vətəndaş cəmiyyətləri və siyasi partiyaların demokratikləşmə və qadınların siyasi həyatda iştirakında rolu, mövcud stereotiplər və baryerlərin aradan qaldırılması məsələlərini müzakirə edəcəklər.
ATƏT-in Bakı ofisi rəhbərinin müavini Melissa Stoun bildirib ki, qadınların siyasi partiyaların strukturuna, praktik fəaliyyətinə cəlb olunması qadınların siyasi həyatda kişilərlə bərabər iştirakı baxımından vacibdir.

Sosial
Dövlət Təhlükəsizliyi Xidmətində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
19:46
10 may 2024
Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konfrans keçirilib
17:08
10 may 2024
ADY ümummilli lider Heydər Əliyevin anadan olması münasibətilə qanvermə aksiyası təşkil edib - FOTO
15:59
10 may 2024
FHN-də Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib - VİDEO
15:54
10 may 2024