ATƏT-in Bakı Ofisi insan alverinin qarşısının alınmasına həsr olunmuş treninqlər keçirir

ATƏT-in Bakı Ofisi insan alverinin qarşısının alınmasına həsr olunmuş treninqlər keçirir
# 21 iyun 2012 11:15 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bakıda Azərbaycanın sərhəd və miqrasiya xidmətlərinin nümayəndələri üçün insan alverinin qarşısını almağa həsr olunmuş treninqlər keçirilir. APA-nın məlumatına görə, treninqlər ATƏT Bakı Ofisi, BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarının İdarəsi və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən təşkil olunub.

Tədbirin açılış mərasimində çıxış edən ATƏT-in Bakı Ofisinin rəhbərinin müavini Melissa Stoun bildirib ki, mütəşəkkil cinayətkarlığın istənilən forması kimi insan alveri və məcburi əməyə cəlb etmə təkcə ölkənin imicinə təsir etmir, həm də sosial, siyasi və iqtisadi təhlükəsizliyə xələl gətirir: “Bundan başqa insan alveri və məcburi əmək insan haqlarının və azadlıqlarının pozulması deməkdir”.

İki gün davam edəcək treninqin məqsədi sərhəd və miqrasiya xidmətlərinin əməkdaşlarına insan alverinin, məcburi əmək qurbanlarını və potensial qurbanlarını aşkarlamaq vərdişləri aşılamaqdır. Kurs iştirakçılarına sığınacaq hüququ, qeyri-leqal miqrantlar və sənədləri olmayan şəxslərlə bağlı yaranmış mürəkkəb problemlərin həlli barədə məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR