Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 11 126 nəfər təşkil edir

Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 11 126 nəfər təşkil edir
# 22 iyun 2012 08:56 (UTC +04:00)
Bakı - APA-Economics. İyunun 23-ü Azərbaycanda Dövlət qulluqçularının peşə bayramıdır. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, Dövlət qulluqçularının peşə bayramı Azərbaycan prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə təsis olunub və artıq yeddinci ildir ki, dövlət qulluqçuları öz peşə bayramlarını qeyd edirlər.

Dövlət qulluqçuları bir çox sahələrdə, o cümlədən pensiya təminatında xüsusi imtiyazlara malikdirlər. Dövlət qulluqçularının pensiyasının təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır.

Bu il aprelin 1-nə olan statistikaya əsasən, Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 11 126 nəfər təşkil edir. Onlardan 67,2%-i yaşa görə, 23,1%-i əlilliyə görə, 9,7%-i isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçularının orta aylıq pensiya məbləği isə 338,2 manatdır.

Onu da bildirək ki, 2012-ci il aprel ayının 1-i vəziyyətinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 275 630 nəfər təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR