Bank Of Baku

Son dörd gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 17 santimetr azalıb

Son dörd gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 17 santimetr azalıb
# 22 iyun 2012 10:04 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Son dörd gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 17 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 125 kubmetr/saniyə, ongünlük normanın 31 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində isə son günlərdə suyun səviyyəsində dəyişiklik baş verməyib, lakin iyunun 21-də suyun səviyyəsində 8 santimetr artım, iyunun 22-də isə 6 santimetr azalma qeydə alınıb. APA-nın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətə dair açıqladığı məlumatda bildirilir. Məlumata əsasən hazırda Əyriçay məntəqədə su sərfi 110 kubmetr /saniyə olmaqla, ongünlük normanın 66 faizini təşkil edir.

Bu gün Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 55-125, Kiçik Qafqazın çaylarında 55-85, Lənkəran-Astara bölgəsi çaylarında 80-130 faizini təşkil edir. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 392, Şirvanda 245, Salyanda 203, Bankədə 225, Araz çayının Novruzlu məntəqəsində isə 113 santimetrdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR