Azərbaycanda 2013-2014-cü tədris ilindən rezidenturaya qəbul imtahanları fənlərinin tərkibində dəyişiklər ediləcək

Azərbaycanda 2013-2014-cü tədris ilindən rezidenturaya qəbul imtahanları fənlərinin tərkibində dəyişiklər ediləcək
# 22 iyun 2012 11:50 (UTC +04:00)
Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib. Hər iki istiqamətin baza fənləri sırasına “İnsan fiziologiyası” və “Patoloji fiziologiya” fənləri, tibbi-biologiya istiqamətinin ixtisas fənləri sırasına “Genetika” fənni, tibbi-profilaktika istiqamətinin ixtisas fənləri sırasına isə “Yoluxucu xəstəliklər” fənni əlavə ediləcək.

Beləliklə, rezidenturaya daxil olmaq üçün tibbi-biologiya istiqaməti üzrə baza fənləri “Biokimya”, “Mikrobiologiya”, “İnsan fiziologiyası” və “Patoloji fiziologiya”, ixtisas fənləri “Klinik biokimya” və “Genetika”, tibbi-profilaktika istiqaməti üzrə baza fənləri “Biokimya”, “Mikrobiologiya”, “İnsan fiziologiyası”, “Patololoji fiziologiya”, ixtisas fənləri isə “Gigiyena”, “Epidemiologiya” və “Yoluxucu xəstəliklər” olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR