Ötən ay Azərbaycanda 62 qida zəhərlənməsi hadisəsi baş verib, 70 nəfər zərər çəkib

Ötən ay Azərbaycanda 62 qida zəhərlənməsi hadisəsi baş verib, 70 nəfər zərər çəkib
# 25 iyun 2012 13:58 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. May ayı ərzində sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 107 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 58 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 25 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1029, mikrobioloji göstəricilərinə görə 788, toksikoloji göstəricilərinə görə 258, radioloji göstəricilərinə görə 14 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 18-də orqanoleptik və fiziki-kimyəvi, 27-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxmalar müəyyən olunub. Şadlıq evlərindən 2665 yaxma nümunəsi, 8 soyuq qəlyanaltı nümunəsi götürülmüş, yaxma nümunələrində 57 çirklənmə aşkarlanıb.

May ayı ərzində əhali arasında 62 qida zəhərlənməsi hadisəsi baş verib, 70 nəfər zərərçəkən olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR