Azərbaycan Həmkar İttifaqları Konfederasiyasının gələn il qurultayı keçiriləcək

Azərbaycan Həmkar İttifaqları Konfederasiyasının gələn il qurultayı keçiriləcək
# 27 iyun 2012 09:18 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin XI Məclisi keçirilir. Tədbirdə çıxış edən Azərbaycan Həmkar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbaliyev 2013-cü il fevralın 5-də konfederasiyanın qurultayının keçiriləcəyini bildirib. Onun sözlərinə görə, tədbirdə həmin qurultayla bağlı keçirilən seçkilərin nəticələri müzakirə ediləcək.

S. Mehbaliyev onu da deyib ki, hazırda Azərbaycanda təhsil işçilərinin 5488 təşkilatı fəaliyyət göstərir: “Bu gün məclisdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının XVI hesabat-seçki konfransının gündəliyi təsdiqlənəcək və təhsil işçilərinin oktyabrda keçirilməsi nəzərdə tutulan qurultayının vaxt müəyyənləşdiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR