AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Gürcüstan Universiteti arasında Memorandum imzalanıb

AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Gürcüstan Universiteti arasında Memorandum imzalanıb
# 29 iyun 2012 08:37 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda tanınmış türkoloq alim, Gürcüstan prezidenti Mixail Saakaşvilinin anası, tarix elmləri doktoru, professor Giuli Alasaniya və Liviyanın məşhur ictimai xadim və alimi, doktor Fəridə Alaki ilə görüş keçirilib.
AMEA-dan APA-ya verilən xəbərə görə, institutun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva Azərbaycan və Gürcüstan arasında möhkəm dostluq və mehriban qonşuluq əlaqələrindən söz açıb. Qonaqlara rəhbərlik etdiyi institut barədə ətraflı məlumat verən Gövhər Baxşəliyeva burada aparılan əhəmiyyətli elmi-tədqiqatlar, xüsusən də türkologiya və ərəbşünaslıq sahəsində görülən işlər, çap olunan yüzlərlə kitablardan bəhs edib. İki ölkə arasındakı elmi əlaqələrdən danışan alim Gürcüstanda müdafiə etmiş şərqşünas alimlərimiz haqqında da qonaqları məlumatlandırıb.
Sonra AMEA Şərqşünaslıq İnstitutu ilə özəl Gürcüstan Universiteti arasında Memorandum imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR