Sabah Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının XII qurultayı keçiriləcək

Sabah Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının XII qurultayı keçiriləcək
# 29 iyun 2012 10:50 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Sabah Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) XII qurultayı keçiriləcək.

Şuradan APA-ya verilən məlumata görə, seçkilər qurumun nizamnaməsinin tələblərinə uyğun olaraq reallaşacaq. Sədr və digər qurumlara seçilmək üçün ARGTMŞ-in üzv təşkilatları tərəfindən irəli sürülən namizədlər mübarizə aparacaq.

Qurultayda Milli Şuranın ötən dövr ərzində gördüyü işlərin hesabatı dinləniləcək. Hazırda isə şuranın sədrliyinə 3 namizəd var. Bunlar Mirhəsən Seyidov, Gülsel Səfərova və Şahin Seyidzadədir.

Qeyd edək ki, qurumda sədr vəzifəsindən başqa, büro üzvlüyünə və digər seçkili orqanlara 18 nəfərin namizədliyi irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR