TQDK sədri Lənkəranda buraxılış imtahanlarını izləyib

TQDK sədri Lənkəranda buraxılış imtahanlarını izləyib
# 29 iyun 2012 12:19 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Lənkəran şəhərində XI və IX siniflərin şagirdləri üçün keçirilən buraxılış imtahanlarının gedişini izləyib. APA-nın cənub bürosunun xəbərinə görə, M. Abbaszadə media nümayəndələrinə müsahibəsində imtahan verən şagirdlərin hər birinin attestat almaları üçün qaydaların yüngülləşdirildiyini bildirib, qəbul imtahanlarında daha çox abituriyentin iştirakını təmin etmək məqsədilə bölgələrdə bu imkanın yaradıldığını qeyd edib: ”Bu il orta məktəbi bitirən məzunlardan on bir illik bazadan 90 faizi attestat, doqquz illik bazadan isə 80 faizi şəhadətnamə alacaq. Gələn ildən isə məzunların bilik səviyyəsinin bir neçə fənn üzrə yoxlanılması nəzərdə tutulub və hazırda bu istiqamətdə iş aparılır”.
Əlaçı məzunlara qızıl medalların verilməsi məsələsindən söz açan M. Abbaszadə bildirib ki, bu ilki imtahanların nəticələri Təhsil Nazirliyinə, rayon təhsil şöbələrinə göndəriləcək və onlar bu barədə özləri qərar verə bilərlər. Qızıl medalların xüsusi normativ sənədlər əsasında verildiyini vurğulayan komitə sədri dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına hər il məhz Təhsil Nazirliyi tərəfindən attestatların çap edildiyini, qızıl medalların sifariş verildiyini diqqətə çatdırıb. TQDK sədri, həmçinin ötən il 20 min şagirdin attestat ala bilməməsinə görə narahatlığını ifadə edib: ”Müşahidələr göstərir ki, qızlar ali və orta ixtisas məktəblərinə qəbulda daha azlıq təşkil edirlər. Bu hala cənub bölgəsində daha çox rast olunur. Elə buna görə də biz qəbul imtahanlarını bölgələrdə keçirməyə qərar vermişik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR